“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “qırmızı şeytanlar” “Çelsi”dən Meyson Mauntu transfer ediblər.
İngiltərə millisinin üzvü artıq tibbi müayinədən keçib. Tərəflər beş illik müqavilə imzalayıblar.
“Çelsi”nin yetirməsi olan 24 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 35 oyun keçirib, üç qol, yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
www.102info.az