Fransada iğtişaşlarda ötən gecə daha 72 nəfər həbs edilib

Dünya


Fransada baş verən iğtişaşlarda ötən gecə ümumilikdə 72 nəfər həbs edilib, 24 bina yandırılıb.

Məlumata görə, ötən gün 159 avtomobil yanğını və yollarda 202 yanğın hadisəsi də qeydə alıb. Bundan başqa, milli polis, jandarma və bələdiyyə polisinin binalarına da 4 dəfə hücum olub.

İdarədən verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından heç kim xəsarət almayıb.

Qeyd edək ki, ölkədə iğtişaşlar iyunun 27-də 17 yaşlı Əlcəzair əsilli yeniyetmənin polis əməkdaşı tərəfindən irqi ayrı-seçkilik səbəbilə qətlə yetirilməsindən sonra başlayıb.

Mənbə: lesoir

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir