“İnter” “Mançester Yunayted”in 40 milyon avroluq təklifini rədd edib

Dünya


“Mançester Yunayted” “İnter”in qapıçısı Andre Onananı transfer etmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. O qeyd edib ki, İngiltərə klubu İtaliya təmsilçisinə 40 milyon avro transfer məbləği və 6 milyon avro bonuslar təklif edib. Lakin “nerazzuri” bu təklifi rədd edib. Bununla belə, “qırmızı şeytanlar” Kamerun millisinin qolkiperini transfer etmək üçün danışıqları davam etdirirlər.

Keçən ilin yayında Niderland “Ayaks”ından azad agent kimi “İnter”ə keçən 27 yaşlı qolkiper ötən mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 41 oyun keçirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir