Portuqaliyalı hücumçu Bakı klubunda

Dünya


“Səbail” heyətinə daha bir yeni futbolçu cəlb edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi portuqaliyalı hücumçu Pedro Nuno ilə anlaşıb.

28 yaşlı forvard ötən gecə Bakıda gəlib. Bu gün onunla bir illik müqavilə imzalanacaq.

Forvard son mövsümü keçirdiyi Türkiyənin I Liqa təmsilçisi “Adanaspor”da 16 oyuna çıxıb və 1 qol vurub.

Xatırladaq ki, “Səbail” dünən iki israilli futbolçu – yarımmüdafiəçi Yadin Luqasi və müdafiəçi Nir Bardea ilə anlaşıb.

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir