Moskvaya PUA hücumu olub – FOTO/VİDEO

Dünya


Ukrayna Silahlı Qüvvələri iyulun 4-də, səhər saatlarında Rusiya paytaxtına bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, bütün dronlar təyyarə tipli olub və səhər saatlarından Moskvaya doğru hərəkət edib.

“Hava Hücumundan Müdafiə və Radioelektron Mübarizə Qüvvələri Yeni Moskvanın üç kəndində dörd PUA-nın hücumunu dəf edib. Onlardan biri yardımçı tikilinin üzərinə düşüb və onu yandırıb. Zərərçəkən yoxdur”, – deyə qurumdan bildirilib.

Qeyd edilib ki, hazırda yanğın lokallaşdırılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir