Ukrayna Çin dronlarını ABŞ-yə görə ala bilmir

Dünya


Ukrayna müdafiə nazirinin rəqəmsal transformasiya üzrə müavini Vitali Deyneqa bildirib ki, gələn il dronlar hərbi əməliyyatlarda həlledici rol oynayacaq. Lakin Ukrayna tərəfi ABŞ ilə münasibətləri korlamamaq üçün Çinin “Mavic” dronlarını ala bilməz.

Nazir müavini hesab edir ki, gələn il dronlar təyyarələrdən heç də az əhəmiyyət kəsb etməyəcək və həlledici rol oynayacaq. Bununla bağlı o, cihazların yeni modifikasiyalarının hazırlanmasının zəruriliyini vurğulayıb.

“İndi təəssüf ki, rusların bu baxımdan müxtəlif ixtiralarda üstünlüyünü müşahidə edirəm. Bu, pisdir və belə olmamalıdır”, – deyə o əlavə edib.

Eyni zamanda, Deyneqa Ukrayna Rəqəmsal İnkişaf Nazirliyinin “Dronların Ordusu” layihəsinə diqqət çəkib. “Bizdə olan və ruslarda olmayan çox yaxşı şeylər var. Əslində gələn il dronlar həlledici rol oynayacaq. Bu, çox bahalı avadanlıqları dayandırmağın ucuz yoludur”, – deyə o, yekunlaşdırıb.

Mənbə: Kommersant

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir