İsraildə etirazlar davam edir – VİDEO

Dünya


Təl-Əvivin polis rəisi Ami Eşed istefa verdiyini elan etdikdən sonra minlərlə israilli çərşənbə günü axşam saatlarında küçələrə çıxıb.

Netanyahu hökumətinin rəsmiləri məhkəmə islahatlarına qarşı çıxan nümayişçilərin mümkün qədər sərt şəkildə dağıdılmasını tələb edib. Nəticədə Təl-Əvivdə minə yaxın insan Ayalon şossesi və Kaplan küçəsini bağlayıb.

Bildirilir ki, bir neçə nümayişçi avtomobillər tərəfindən vurulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-müəyyən sayda aksiya iştirakçısını da saxlayıblar.

Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Həmçinin Hayfada və İsrailin bir neçə başqa yerində hökumətin elan etdiyi məhkəmə islahatına etiraz edən polislə nümayişçilər arasında toqquşmalar olub.

Eləcə də, yüzlərlə etirazçının baş nazir Benyamin Netanyahunun Qüdsdəki iqamətgahı qarşısında toplaşdığı bildirilir.

Mənbə: octagon.media

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir