Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla regiondakı vəziyyəti müzakirə edib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, onlar Ermənistan-ABŞ münasibətləri, regional təhlükəsizlik, eləcə də İrəvan və Bakı arasında sülh müqaviləsi üzrə danışıqları müzakirə ediblər.
Xatırladaq ki, iyunun sonunda ABŞ-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların bir neçə raundu keçirilib.
www.102info.az