Çilidə iyulun 5-də yerli vaxtla saat 20:31-də (Bakı vaxtı ilə 6 iyul, 04:31) 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb.
Məlumata görə, zəlzələnin episentri əhalisi təxminən 143 min nəfər olan Kalama şəhərindən 194 km cənub-şərqdə yerləşib. Seysmik hadisənin ocağı 132 km dərinlikdə olub.
İnsan ölümü və dağıntılar barədə məlumat yoxdur.
Mənbə: TASS
www.102info.az