Türkiyə klubunun avrokubokda debüt oyununu azərbaycanlı FIFA referisi idarə edəcək

Dünya


Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

“Report”un əldə etdiyi məlumata görə, 32 yaşlı ədalət təmsilçisi Rumıniyada ÇFR və Türkiyənin “Adana Demirspor” komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir