Tədbirdə huşunu itirən Portuqaliya prezidenti səhhəti barədə danışdı – FOTO

Dünya


Çərşənbə günü tədbir zamanı huşunu itirən Portuqaliya prezidenti Marselo Rebelo de Sousa artıq xəstəxanadan evə buraxılıb.

74 yaşlı dövlət başçısı özünü yaxşı hiss etdiyini deyib. O, yıxılmağının təzyiqinin aşağı düşməsi ilə əlaqəli olduğunu vurğulayıb.

Qeyd edək ki, De Sousa paytaxt yaxınlığındakı universitetlərdən birində huşunu itirib. Ehtiyat tədbiri olaraq o, xəstəxanaya yerləşdirilib.

Mənbə: TASS

www.102info.az

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir