Zelenski Bolqarıstan prezidentinin təklifinə emosional cavab verdi – VİDEO

Dünya


“Biz normal həyatımızı bərpa etmək istədiyimiz üçün mübarizə aparırıq. Əgər biz döyüşmək istəsəydik, Rusiya ərazisində olardıq”.

Bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna Prezidenti Bolqarıstana səfəri çərçivəsində bu ölkənin başçısı Rumen Radevlə hərbi yardımla bağlı mübahisə edib və onu Rusiyayönlü mövqeyinə görə tənqid edib.

V. Zelenski Rumen Radevi müharibə əvəzinə “konflikt” sözünü işlətdiyinə görə də tənqidə məruz qoyub. 

V.Zelenski həmçinin Bolqarıstan Prezidentinin müharibənin “diplomatik həll” təklifini rədd edib.

Ukrayna lideri söyləyib ki, hazırda ən yaxşı çıxış yolu Kiyevə hərbi yardım göstərməkdir.

“Əks təqdirdə müharibə sizin evinizə gələcək”, – Zelenski emosional tərzdə vurğulayıb.

Mənbə: Unian

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir