Dünya Qadın Seriyası: “Neftçi” Friburq mərhələsində 1/4 finala yüksəldi

Dünya


“Neftçi” 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq məhələsində 1/4 finala yüksəlib.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi buna A qrupunun son oyununda Malayziya yığmasını 21:7 hesabı ilə məğlub etməklə nail olub.

“Neftçi” növbəti mərhələdə C qrupunun ikincisi ilə qarşılaşacaq. Bu isə İtaliya və ya Portuqaliya kollektivi olacaq.

Qeyd edək ki, “Neftçi” 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Friburq məhələsində ilk oyununda A qrupunda yer alıb və Kanada millisi ilə qarşılaşıb.

Bakı klubu reytinq xallarına görə turnirin bir nömrəsi sayılan rəqibinə 15:13 hesabı ilə qalib gəlib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir