Həmyerlimiz Fransada çempion oldu – FOTO

Dünya


Həmyerlimiz Orxan İbadov Lill Universitetində keçirilən Fransa Açıq Yaddaş Çempionatının qalibi olub.

O, 15 ölkədən 50-dən çox beyin yarışçısının iştirak etdiyi çempionatda hamını qabaqlayıb.

Fransız təşkilatçılar yarış ərzində dəfələrlə onun qalib olmasına mane olmağa çalışsalar da, buna nail ola bilməyiblər. İbadov yekunda Fransanın ən güclü yaddaşı sayılan Silveyn Arvidieunu üstələməyi bacarıb.

O.İbadov daha əvvəl bir neçə beynəlxalq turnirdə qalib olub. O, həmçinin, keçən il Almaniya Açıq Çempionatında bütün rəqiblərini üstələyib. 

37 yaşlı həmyerlimiz dünyanın aparıcı yaddaş və təhsil ekspertlərindən biri sayılır. O, hazırda dünyanın ən güclü 10 yaddaş sahiblərindən biridir. İbadov özünün “Dörd beyin” nəzəriyyəsi ilə tanınır. Onun yaratdığı həmin nəzəriyyəyə əsasən, hər bir insan öz beynindən yalnız əsas funksiyalar üçün istifadə etməli, digər funksiyaların icrası üçün isə əsas beyninin ətrafında köməkçi beyinlər yaratmalıdır.

Orxan İbadov ixtisasca hüquqşünasdır, 2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini təhsil alıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir