İtaliyanın Milan şəhərində qocalar evində yanğın baş verib. Hadisə nəticəsində azı altı nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Məlumata görə, gecə saatlarında başlayan yanğının söndürülməsi səhərə qədər davam edib.
Ümumilikdə tibb müəssisəsində 160 nəfər olub, onlardan 81-i xəstəxanalara yerləşdirilib, ikisinin vəziyyəti ağır qiymətləndirilir.
Yanğınla bağlı araşdırma başlayıb, hələlik qəsdən yandırma variantı istisna edilir.

Mənbə: TASS
www.102info.az