Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenskiylə danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.
Bu barədə “A Haber” öz mənbələrinə istinadla xəbər verib.
Qeyd edək ki, bu gün Zelenskinin Türkiyəyə işgüzar səfəri gözlənilir.
Səfər çərçivəsində Ərdoğan və Zelenski arasında təkbətək, həmçinin geniş heyətdə görüşləri gözlənilir. Müzakirələr zamanı Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr, iyulun 17-də müddəti başa çatacaq “Taxıl sazişi” və iki ölkə arasındakı münasibətlərdən danışılacaq. Bundan sonra birgə mətbuat konfransı olacaq.
www.102info.az