Məşhur turizm ölkəsində Sibir xorası yayılıb: Ölənlər var

Dünya


Turizm ölkəsi olan İndoneziyada Sibir xorası (qarayara) yayılıb. Xəstəliyin ocağı olan Yava adasında azı üç yoluxmuş şəxs ölüb.

Ümumilikdə regionda 87 sakində qarayara faktı təsdiqlənib.

Qeyd edək ki, xəstəliyin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların leşinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.

Yerli hakimiyyət orqanları infeksiyanın yayılmasına qarşı sanitar tədbirlərin həyata keçirilməsinə, o cümlədən mal-qaranın peyvənd edilməsinə və heyvandarlıq təsərrüfatlarında karantin tətbiqinə başlayıblar.

Mənbə: The Jakarta Post

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir