Suriyalı muzdlular Ukraynaya qarşı döyüşürlər? – VİDEO

Dünya


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gün Zaporojye vilayətinin Ukrayna ordusunun nəzarətində olan şəhərləri raket hücumlarına məruz qalıb.

“Eyni zamanda, Donetsk, Dnepropetrovsk, Xarkov, Xerson, Nikolayev vilayətlərində də gərginlik davam edib. Rusiya ordusu bu vilayətlərə Azov dənizi sahillərindən İran dronları vasitəsilə kütləvi hücumlar təşkil edib”, – deyə jurnalist bildirib.

Həmçinin qeyd olunub ki, Zaporojyedə aparılan əks-hücum əməliyyatı nəticəsində öldürülən hərbçilər arasında suriyalı muzdlular da olub:

“İki döyüşçünün üzərində aparılan axtarış zamanı onların Suriya vətəndaşı olduğunu göstərən sənədlər tapıldı. Bildirilir ki, bu ilk belə hal deyil”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir