PSJ heyətini yeni futbolçu ilə gücləndirib.
Son Fransa çempionu uruqvaylı Manuel Uqarteni heyətinə qatıb. Məlumatı Paris təmsilçisinin rəsmi saytı yayıb.
22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu keçid fransızlara 60 milyon avroya başa gəlib.
Qeyd edək ki, Manuel Uqarte son olaraq Portuqaliyada “Sportinq”in fomasını geyinib. PSJ daha əvvəl Milan Şkrinyar və Marko Asensionunun transferini açıqlayıb.
🔴 #WelcomeUgarte 🔵
— Paris Saint-Germain (@PSG_English) July 7, 2023
www.102info.az