“Mançester Yunayted” və “Ayaks”ın əfsanəvi oyunçusu beyin qanaması keçirdi – FOTO

Dünya


“Mançester Yunayted” və “Ayaks” klublarının sabiq qapıçısı Edvin van der Sar beyin qanaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Əfsanəvi qapıçı Xorvatiya adalarından birində tətildə olarkən insult keçirib. Helikopterlə xəstəxanaya çatdırılan Edvin van der Sar reanimasiyaya yerləşdirilib.

Bu barədə “Ayaks” klubu öz “Twitter” hesabında paylaşım edib.

“Edvin van der Sar beyin qanaması keçirdi. O, hazırda xəstəxananın reanimasiya şöbəsindədir və vəziyyəti stabildir. Daha konkret məlumat olan kimi bu barədə xəbər veriləcək.

“Ayaks”da hər kəs Edvinin tezliklə sağalmağını arzulayır. Səni düşünürük”, – deyə paylaşımda klubun keçmiş baş direktorlarına dəstəyi ifadə olunub.

Qeyd edək ki, “Ayaks” və “Yunayted”lə Çempionlar Liqası kuboklarını qazanan 52 yaşlı mütəxəssis bir aydan artıq müddətdir ki, Hollandiya nəhənginin baş direktoru vəzifəsini tərk edib.

Mənbə: “De Telegraaf”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir