Ticarət Palatasının rəhbəri: “Almaniya Azərbaycandan qaz tədarükünün artacağına ümid edir” – FOTO

Dünya


“Almaniya Azərbaycandan qaz tədarükünün artacağına ümid edir”.

Bu barədə “Trend”ə Alman-Azərbaycan Ticarət Palatasının (AHK Azərbaycan) icraçı direktoru Tobias Baumann deyib.

Onun sözlərinə görə, bu məsələdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Uniper” şirkəti arasında əməkdaşlığın böyük perspektivləri var:

“Uniper” ölkəmizə ən böyük qaz tədarükçülərindən biridir və Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Almaniyaya nəqli baxımından SOCAR ilə əməkdaşlıq çox dəyərlidir. Azərbaycandan Almaniyaya qaz tədarükünün artırılması zərurətini nəzərə almalıyıq. Bu, gələcəkdə bizə lazım olacaq. Azərbaycanla Avropa Komissiyası arasında imzalanan sənəd 2027-ci ilə qədər Xəzər regionundan Avropaya qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutur və hesab edirəm ki, Almaniya “Uniper” şirkəti tərəfindən təmin edilən bu tədarüklərdən yaxşı pay alacaq”.

Xatırladaq ki, 2022-ci ilin iyulunda Azərbaycan və Avropa Komissiyası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb və bu memorandum əsasında 2027-ci ilə qədər Avropa İttifaqı bazarına Azərbaycan qazının tədarükünün iki dəfə artırılması planlaşdırılır.

Azərbaycan 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. 2023-cü ildə ölkəmiz Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir