Azərbaycan atleti Sadıq Sadıqov Finlandiyanın Tampere şəhərində keçirilən Veteranların Avropa Oyunlarında iki medal qazanıb.
Oxu.Az xəbər verir ki, kişilər arasında 65 yaş kateqoriyasında mübarizə aparan idmançı 400 m məsafəyə yarışda ikinci olub.
O, 1 500 m məsafəyə qaçışda isə bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
www.102info.az