“Dəniz pişiyi Stiv” ləqəbli fransız idmançı Stiv Stivenart Kaliforniya sahilləri ilə Katalina adası arasında tarixi üzməni həyata keçirib. Üzgüçü Katalinadan materikə, oradan adaya və yenidən materikə qayıdıb.
Məlumata görə, fasiləsiz üzgüçülük 51 saat davam edib. O, irəli-geri üç keçid etməli olub.
Ada ABŞ-nin Los-Anceles şəhərinin Lonq-Biç sahillərindən 32 km aralıda yerləşir. Beləliklə, Stivenartın açıq suda dayanmadan qət etdiyi ümumi məsafə təxminən 100 km olub.
Qeyd edək ki, Stevenart 2022-ci ilin yanvarında Katalina və Cənubi Kaliforniyanın materik hissəsi arasında “birtərəfli” keçid etmişdi. Həmin ilin iyun ayında o, irəli-geri üzərək məsafəni artırmış və buna da 28 saatdan çox vaxt sərf etmişdi.
Mənbə: octagon.media
www.102info.az