Hindistanlı yeniyetmə beyninə Neqleriya Foulera amöbünün girməsindən ölüb

Dünya


Hindistanın Kerala əyalətində 15 yaşlı yeniyetmə beynini yoluxduran amöb səbəbindən dünyasını dəyişib.

Bu barədə “India Times” qəzeti məlumat yayıb.

Kerala Səhiyyə Naziri Vina Corcun dediyinə görə, Alapuja rayonundan olan oğlan beynin nadir infeksiyası olan birincili amöb meninqoensefalitindən dünyasını dəyişib.

O bildirib ki, bu, ştatda beşinci yoluxma halıdır. Eyni zamanda, xəstəlikdən ölüm nisbəti 100% təşkil edib.

Qeyd edək ki, birincili amöb vmeninqoensefaliti və ya neqleriaz Neqleriya Fouleranı əmələ gətirir. O, beynə nüfuz edir və sinir sisteminə zərər verir. İnsan isti və çirkli suda yuyunanda infeksiyanın düşməsi mümkündür. Çünki birhüceyrəlilər orada yaşayır.

Mənbə: İzvestiya

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir