Bazar günü yağan güclü leysan Soçidə on avtomobili aparıb. İki evi isə su basıb.
Hadisə nəticəində ölən və yaralanan olmayıb.
Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə mətbuat xidməti məlumat yayıb.
Hadisə şahidləri sosial şəbəkədə avtomobillərin su axınının qarşısında metal yığınına çevrildiyini əks etdirən videogörüntülər yayıblar.
Mənbə: iz.ru
www.102info.az