ABŞ hərbçiləri Suriyaya endirdikləri zərbə nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birini məhv ediblər.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bazar günü yaydığı məlumatda deyilir.
“Mərkəzi Komandanlıq Suriyada İŞİD-in ölkə lideri Usamə əl-Muhaciri öldürüb. Zərbə zamanı mülki əhalinin öldüyünə dair heç bir dəlil yoxdur. Koalisiya mülki şəxslərin xəsarət alması ilə bağlı xəbərləri araşdırır”, – deyə məlumatda bildirilib.
Qeyd olunur ki, zərbə MQ-9 pilotsuz uçuş aparatı ilə həyata keçirilib.
Mənbə: Haber Global
www.102info.az