Çinin Quandun əyalətində uşaq bağçasına bir kişinin bıçaqla hücumu nəticəsində azı 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hadisə yerli vaxtla saat 07:40-da (Bakı vaxtı ilə 03:40 – red.) baş verib.
Məlumata görə, polis uşaq bağçasına hücum edən 25 yaşlı gənci saxlayıb. Hücumun əvvəlcədən planlaşdırılmış olduğu bildirilib.
Mənbə: BBC
www.102info.az