Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün İrəvana gedəcək.
Bu barədə “Report”a 28 yaşlı hücumameyilli yarımmüdafiəçi özü açıqlama verib.
O, Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: “İnşallah, mən də gedirəm. Menecer dedi ki, biletin alınıb, gedirsən”.
Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.
www.102info.az