“Latsio”nun futbolçusu Serqey Milinkoviç-Saviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Əl-Hilal” onu transfer etmək istəyir. Ərəblər artıq İtaliya klubu ilə razılığa gəliblər. “Əl-Hilal” serbiyalı yarımmüdafiəçi üçün 40 milyon avro ödəməyə razılaşıb.
Klub yaxın zamanda ulduz oyunçunun özü ilə danışıqlara başlayacaq.
“Əl-Hilal” bu yay “Vulverhempton”dan Ruben Neveş və “Çelsi”dən Kalidu Kulibalini transfer edib.
www.102info.az