ABŞ Türkiyənin Avropa İttifaqına (Aİ) üzv olmaq istəyini dəstəkləyir.
Bu barədə bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasından bildirilib.
“Birləşmiş Ştatlar Türkiyənin Aİ-yə üzvlük istəklərini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edir. Türkiyənin üzvlük iddiası və prosesi Aİ və Türkiyə arasında olan bir məsələdir. Bizim diqqətimiz isə NATO-ya üzv olmağa hazır olan İsveçə yönəlib”, – MTŞ-nin sözçüsü bəyan edib.
Qeyd edək ki, NATO sammiti üçün Vilnüsə uçmazdan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi üçün Avropa İttifaqına gedən yolu açmağa çağırıb.
Mənbə: TASS
www.102info.az