Knessetin (İsrail parlamenti) təhlükəsizlik xidməti parlament binasına daxil olan bir neçə etirazçını oradan çıxarıb.
Məlumata görə, nümayişçilər bəzi deputatların plenar iclasa qatılmasını əngəlləyiblər.
Bildirilib ki, bazar ertəsi axşam Knessetdə məhkəmə islahatlarına dair qanun layihələri paketinin birinci oxunuşda müzakirəsi başlayıb. Qanunlar birinci oxunuşda uğurla qəbul olunarsa, müxalifət çərşənbə axşamı İsraildə kütləvi etiraz aksiyaları keçirəcəyini vəd edib.
Qeyd edək ki, məhkəmə islahatının əleyhdarları 27 həftədir ki, qanun layihəsinə qarşı etiraz edirlər.
Mənbə: TASS
www.102info.az