Türkiyə parlamenti payız sessiyasında İsveçin NATO-ya üzvlük ərizəsini təsdiqləyəcək.
Məlumata görə, bunun müqabilində İsveç Türkiyənin Aİ ilə gömrük ittifaqının modernləşdirilməsi üçün səy göstərəcək və iki ölkə arasında vizasız gediş-gəlişin təmin olunmasına dair danışıqları intensivləşdirəcək.
Qeyd edək ki, müvafiq razılaşmalar Vilnüsdə NATO sammiti öncəsi alyansın baş katibi Yens Stoltenberqin vasitəçiliyi ilə baş tutan Türkiyə – İsveç görüşündə əldə edilib.
Mənbə: TASS
www.102info.az