Şimali Atlantika Alyansı Türkiyənin Avropa Birliyinə üzv olmaq istəyini dəstəkləyir.
Bunu bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq alyansın Vilnüs sammiti öncəsi mətbuat konfransında deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vilnüsə uçmazdan əvvəl İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi perspektivini Türkiyənin Avropa İttifaqına gedən yolunda maneələrin aradan qaldırılması ilə əlaqələndirən bəyanatını şərh edib.
“Mən Türkiyənin Aİ-yə üzv olmaq istəyini dəstəkləyirəm. Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarına cavab vermək üçün terrorla mübarizəni dəstəkləmək məqsədilə bir yerdə olmağımız çox vacibdir. Amma İsveçin mümkün qədər tez bir zamanda alyansın üzvü olması da vacibdir, çünki bu, NATO-nun və Baltikyanı regionun müdafiə qabiliyyətini gücləndirəcək. Xəritəyə baxın, İsveçin alyansa daxil olması bizim regiondakı mövcudluğumuzun bütün coğrafiyasını dəyişəcək”, – baş katib bildirib.
Mənbə: Haber Global
www.102info.az