Rusiyalı bərpaçılar sentyabrın ortalarından Palmirada (Suriya) Zəfər tağının bərpasına başlamağı planlaşdırırlar. Artıq iş üçün materialların alınmasına başlanılıb.
Bu barədə Sankt-Peterburqda keçirilən mətbuat konfransında tağın bərpası layihəsinin rəhbəri, Rusiya Elmlər Akademiyasının Material Mədəniyyəti Tarixi İnstitutunun Xilasetmə Arxeologiyası Mərkəzinin direktoru Nataliya Solovyova məlumat verib.
“Bu günə qədər biz bu layihəni Rusiyada Dövlət Ermitaj Muzeyi, Maddi Mədəniyyət Tarixi İnstitutu və Moskva Memarlıq İnstitutunun elmi şuralarının birgə iclasında, mayın 25-də və 26-da isə bu layihəni Dəməşqdə müdafiə etmişik. Bu görüşdə Mixail Piotrovskinin (Dövlət Ermitaj Muzeyinin baş direktoru) təşəbbüsü ilə 2020-ci ildə yaradılmış Palmira üzrə komitənin üzvü olan beynəlxalq ekspertlər iştirak ediblər. Bu komitə YUNESKO ilə bağlıdır və dünya səviyyəli mütəxəssislərdən ibarətdir. Layihə təsdiq olundu və bu gün biz praktiki olaraq logistika mərhələsinin həyata keçirilməsi, yəni avadanlıqların alınması və Palmiraya göndərilməsi üzərində işə başlayırıq. Çox güman ki, təxminən sentyabrın ortalarından Palmirada işə başlayacağıq”, – deyə Solovyeva bildirib.
O xatırladıb ki, tağın bərpası üçün rusiyalı memarlar, bərpaçılar və arxeoloqlar tərəfindən hazırlanmış layihə il ərzində, o cümlədən bilavasitə Palmirada alimlərin apardıqları diqqətli tədqiqatların nəticəsidir.
Mənbə: TASS
www.102info.az