İsrailin paytaxtı Təl-Əvivdə və ölkənin digər şəhərlərində hökumətin məhkəmə islahatlarına qarşı yenidən kütləvi etirazlar başlayıb.
Paytaxt Təl-Əvivdə etirazçılar şəhərin əsas magistralında nəqliyyatın hərəkətinə mane olublar, yolu bağlayıblar.
Bundan əlavə, İsrail mediası polisin nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etdiyi barədə məlumat verib.
Xatırladaq ki, İsrail Nazirlər Kabineti Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsi barədə layihəni bu ilin yanvar ayında parlamentə təqdim edib.
Bu layihə dərhal müxalifətin kütləvi etirazına səbəb olub.
İslahatın əleyhdarlarının fikrincə, bu, İsrail dövlətçiliyinin demokratik əsaslarını sarsıdacaq.
Mənbə: Haaretz
www.102info.az