Qəfil selə düşən avtobusun mühərriki sönüb, qapıları kilidlənib. Sərnişinlərdən biri hadisənin görüntülərini sosial şəbəkədə paylaşıb.
Kadrlar Rusiyanın Nijni-Novqorod şəhərindəndir.
Videoda sərnişinlərin ayaqlarını islatmamaq üçün oturacaqların üstünə çıxdıqları görünür.
Məlumata görə, qapılar kilidləndiyi üçün təşvişə düşən bəzi sərnişinlər pəncərədən çıxmaq istəyiblər, ancaq onları bu fikirdən daşındırıblar.
Bir müddət sonra xilasedicilər gəlib və salondakı sərnişinləri təxliyə ediblər.
Qeyd edək ki, Rusiyada artıq bir neçə gündür ki, əlverişsiz hava şəraiti davam edir. Bəzi regionlar daşqına məruz qalıb, evlərə və infrastruktura ciddi ziyan dəyib.
www.102info.az