Sabiq “Qarabağ”lı Çempionşip klubuna keçdi

Dünya


“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviçin yeni klubu müəyyənləşib.

İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, 36 yaşlı qolkiper İngiltərə Çempionşipində çıxış edən QPR-in formasını geyinəcək.

Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. Bosniya və herseqovinalı qolkiper son olaraq “Everton”da çıxış edib.

www.102info.az