Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova ilə görüşüb.
Bu barədə məlumat N.Kurtulmuşun “Twitter” səhifəsində dərc edilib.
“Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə əvvəlcə təkbətək, daha sonra isə iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş oldu.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri, regional hadisələri müzakirə etdiyimiz görüşlərdə parlamentlərimiz arasında təmas və əməkdaşlıq səviyyəsindən qarşılıqlı olaraq məmnunluğumuzu ifadə etdik”, – Numan Kurtulmuşun səhifəsində dərc edilən məlumatda qeyd olunur.
Azerbaycan Milli Meclis Başkanı Sahiba Gafarova ile önce baş başa ardından heyetler arası görüşme gerçekleştirdik.
Türkiye ve Azerbaycan arasındaki ilişkiler ile bölgesel gelişmeleri ele aldığımız görüşmelerde, parlamentolarımız arasındaki temas ve iş birliğinin ulaştığı… pic.twitter.com/Sb3HXXujXT
— Numan Kurtulmuş (@NumanKurtulmus) July 12, 2023
www.102info.az