Böyük yeddilik (G7) ölkələrinin liderləri bu gün Vilnüsdəki görüşdən sonra Ukraynaya gələcək dəstək, o cümlədən Kiyev üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyanat qəbul ediblər.
Bu barədə G7-yə sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida bildirib.
“Biz Ukraynaya birgə dəstək bəyannaməsini elan edirik”, – o, jurnalistlərə deyib.
Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə aşağıdakıları nəzərdə tutur:
– Rusiyanın aktivləri Ukraynaya təzminat ödəyənə qədər dondurulacaq;
– Təzminatın ödənilməsi mexanizmi hazırlanacaq;
– G7 Rusiyaya sanksiya təzyiqlərini davam etdirəcək;
– G7 uzun mənzilli artilleriya və döyüş təyyarələrinə üstünlük verərək, Ukraynaya silah tədarükünü artıracaq;
– Yeddilik Ukraynanın hərbi sənaye bazasının gələcək inkişafına dəstək verəcək, Ukrayna hərbi personalına təlim keçəcək;
– G7 Kiyevə daha əhatəli təminatlarla bağlı danışıqlara başlayacaq;
– G7 Ukrayna ilə təhlükəsizlik sazişlərinin genişləndirilmiş paketi üzərində işləyəcək;
Qeyd edək ki, Ukrayna təhlükəsizlik təminatları çərçivəsində dövlət idarəçiliyində islahatlar aparmağı öhdəsinə götürüb.
Mənbə: life.ru
www.102info.az