İcarə əsasında ötən mövsümü “Qalatasaray”da keçirən Mauro İkardi yenidən İstanbul klubunda çıxış edəcək.
Məşhur insayder Fabritsio Romanunun yaydığı məlumata görə, İstanbul klubu argentinalı hücumçunun müqavilə ilə məxsus olduğu Fransa PSJ-si ilə anlaşma əldə edib. Artıq sənədlər hazırdır və keçid tezliklə rəsmən elan ediləcək.
Anlaşmanın maliyyə tərəfləri barədə məlumat yoxdur.
Qeyd edək ki, 30 yaşlı forvard ötən mövsüm Türkiyə Super Liqasında 24 oyunda 22 qol vurub, yeddi məhsuldar ötürmə edərək, “Qalatasaray”ın çempionluğunda böyük pay sahibi olub.
www.102info.az