Ukrayna Saakaşvilinin əfv olunması üçün Gürcüstan və Aİ-yə müraciət edəcək

Dünya


Ukrayna Ali Radasında Mixail Saakaşvilinin əfv olunması ilə bağlı Gürcüstan Prezidenti Salome Zurabişviliyə və Avropa İttifaqı ölkələrinin parlamentlərinə müraciət layihəsi qeydə alınıb.

Radanın saytında dərc olunmuş məlumatda humanitar aktın həyata keçirilməsi və Gürcüstanın üçüncü prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvilinin əfv edilməsinin zəruriliyi bildirilir.

Layihənin təşəbbüskarları kimi onlarla deputatın, o cümlədən prezidentyönlü “Xalqın Xidmətçisi” Partiyasının fraksiya rəhbəri David Araxamiyanın adı çəkilir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisini Saakaşvilini müalicə üçün Kiyevə köçürməyə çağırıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir