Bayden üçüncü dünya müharibəsinin başlamasından danışdı

Dünya


ABŞ Prezidenti Co Bayden hesab edir ki, Ukraynada hərbi əməliyyatlar illərlə davam etməyəcək.

Onun fikrincə, bu ölkənin öz ərazisində gedən döyüşlər zamanı Şimali Atlantika Alyansına daxil olması üçüncü dünya müharibəsinin başlaması demək olardı.

Bu barədə ABŞ prezidenti Helsinkidə finlandiyalı həmkarı Sauli Niinistö ilə birgə mətbuat konfransında deyib.

“Müharibə davam edərkən heç kim NATO-ya daxil ola bilməz. Çünki bu, müharibə vəziyyətinə, üçüncü dünya müharibəsinə zəmanət verir”, – Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Qeyd edək ki, London və Vilnüsdən sonra Finlandiya paytaxtı ABŞ liderinin Avropa turnesinin son dayanacağıdır.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir