Moldovada üç nazir vəzifəsini tərk edib

Dünya


Moldovanın təhsil naziri Anatoli Topale, daxili işlər naziri Anna Revenko və infrastruktur naziri Liliya Dabija vəzifələrindən gedirlər.

Bu barədə ölkənin Baş naziri Dorin Reçan brifinqdə bildirib.

İstefaların səbəbləri barədə məlumat verilməsə də, mətbuat bunun həm də bu yaxınlarda Kişineu Beynəlxalq Hava Limanında baş vermiş son faciəvi hadisə ilə bağlı olduğunu iddia edir.

Baş nazir hər üç vəzifəyə namizədlərin siyahısını iyulun 17-də Prezident Maya Sanduya təqdim edəcəyini deyib.

Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişineu aeroportunda atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.

Mənbə: News.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir