Yaponiyaya məxsus “Epsilon S” bərkyanacaqlı daşıyıcı raket mühərrik sınaqları zamanı partlayıb.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
İnsident cümə günü, iyulun 14-də səhər saatlarında Akita prefekturasındakı Noşiro poliqonunda baş verib.
Sınaqlar Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən aparılıb.
Agentliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Partlayışın səbəbi açıqlanmır.
www.102info.az