Kim Çen Inın bacısı ABŞ-ni hədələdi

Dünya


Amerikanın Şimali Koreya ilə qarşıdurma siyasətinin perspektivi yoxdur. Xalq Respublikasına toxunmaq cəhdi Vaşinqtona “baha başa gələcək”.

Bunu cümə günü Koreya Xalq Demokratik Respublikası (KXDR) liderinin bacısı Kim Yo Conq deyib.

“ABŞ ehtiyatsız qarşıdurmadan və təxribatdan əl çəkənə qədər vəziyyət getdikcə bu ölkə üçün əlverişsiz olan istiqamətdə inkişaf edəcək. Bizə toxunmaq cəhdi ABŞ-yə çox baha başa gələcək”, – Kim Çen Inın bacısı bəyan edib.

O əlavə edib ki, Birləşmiş Ştatları “çox xoşagəlməz məsələlər” gözləyir.

Onun sözlərinə görə, KXDR Birləşmiş Ştatlar düşmənçilik siyasətindən əl çəkənə qədər çəkindirmə gücünü artırmağa davam edəcək.

Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri olan Kim Yo Conq bildirib ki, heç kimin KXDR-i qitələrarası ballistik raket buraxdığına görə tənqid etməyə haqqı yoxdur. Çünki bu, dövlətin özünü müdafiə hüququnun reallaşmasıdır.

Xatırladaq ki, son olaraq iyulun 12-də Şimali Koreya “Hvason-18” qitələrarası ballistik raketini buraxıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir