Konfrans Liqası: Azərbaycanlı FIFA referisinin köməkçiləri AÇIQLANDI

Dünya


Rumıniyada ÇFR və Türkiyənin “Adana Demirspor” komandaları arasında oynanılacaq Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu idarə edəcək Elçin Məsiyevin köməkçiləri müəyyənləşib.

UEFA-nın rəsmi saytında verilən məlumata görə, matçın laynsmanları Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını isə Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 27-də keçiriləcək. Tərəflər arasındakı cavab görüşü avqustun 3-də olacaq.

Adana təmsilçisi tarixində ilk dəfə avrokuboklarda mübarizə aparacaq.

www.102info.az