ABŞ-də kütləvi qətllərin sayına görə antirekord qeydə alındı

Dünya


ABŞ-də 2023-cü ilin ilk altı ayında ən azı 28 kütləvi qətl hadisəsi baş verib ki, bu da 2006-cı ildən bəri ən yüksək göstəricidir.

Məlumata görə, əvvəlki antirekord 2022-ci ilin ikinci yarısında qeydə alınıb. O zaman ölkədə 27 qırğın hadisəsi baş verib.

2023-cü ildə 28 qətl hadisəsindən 27-si odlu silahdan istifadə etməklə törədilib. Faciələrdən yalnız biri yandırma nəticəsində baş verib. Hadisələr nəticəsində azı 140 nəfər ölüb.

Xatırladaq ki, ABŞ-nin “Gun Violence Archive” qeyri-kommersiya qrupunun məlumatına görə, 2022-ci ildə Birləşmiş Ştatlarda baş verən atışma hadisələri 43,6 mindən çox insanın həyatına son qoyub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir