Benyamin Netanyahu təcili tibbi yardıma müraciət edib

Dünya


Özünü pis hissə edən İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv yaxınlığındakı “Tel HaShomer” xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. 

Bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, baş nazir öz kortejinin müşayiəti ilə xəstəxanaya gəlib və müayinəyə göndərilib.

İsrail Baş nazirinin dəftərxanasından verilən məlumatda isə bildirilir ki, Benyamin Netanyahunun səhhəti yaxşıdır və o, əlavə tibbi müayinələrdən keçmək üçün xəstəxanaya müraciət edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir