BMT-nin ixtisaslaşdırılmış hökumətlərarası beynəlxalq təşkilatı olan Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatı Əfqanıstanın mədəni irsinin təhlükədə olmasına dair bəyanatla çıxış edib.
Bu barədə Cenevrədə Ümumdünya İntellektual Mülkiyyətin Mühafizəsi Təşkilatının 64-cü sessiyasında bəyan edilib.
“Taliban”ın tətbiq etdiyi qadağalar və məhdudiyyətlər nəticəsində Əfqanıstan mədəniyyəti və incəsənətini, xüsusən də musiqisi təhlükə altındadır”, – bəyanatda qeyd olunur.
Təşkilat Əfqanıstan mədəniyyətini qorumaq, həmçinin xaricdə yaşayan əfqan sənətçilərə kömək etmək üçün yeni həll yolunu tapmağa çağırış edib.
Mənbə: Sputnik Əfqanıstan
www.102info.az