İsrail ordusu öz əməliyyatlarında süni intellektdən istifadə edir

Dünya


İsrail Müdafiə Qüvvələri hava hücumları üçün hədəfləri seçmək məqsədilə süni intellektin tövsiyələrindən istifadə edir.

Bildirilir ki, süni intellekt böyük həcmdə məlumatları emal edir və onun tapıntıları zərbələrin hədəflərinin müəyyən edilməsində istifadə olunur.

Həmçinin, növbəti hücumları tez bir zamanda planlaşdırmaq üçün öncəki zərbələrdən əldə edilən məlumatlara əsaslanan başqa bir süni intellekt modeli də tətbiq edilir.

Birinci proqram hədəfləri təklif edirsə, digəri sursat yükünü hesablayır və zərbələr cədvəlini tərtib edir.

Hər iki sistem operatorlar tərəfindən idarə olunur. Süni intellekt həmçinin təklif olunan hədəfləri yoxlayır və təsdiqləyir. Lakin hələlik belə bir mexanizmdən istifadə nə İsrailin özündə, nə də beynəlxalq səviyyədə qanunla tənzimlənmir.

Məlumata görə, süni intellekt sayəsində əvvəllər saatlarla davam edən iş indi dəqiqələr alır və insanların yoxlaması üçün daha bir neçə dəqiqə ayrılır. Eyni sayda personalla daha çox işlər görülür.

Mənbə: rbc.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir